azia.az
azia.az

Bakıda ailəli qadın ölümlə hədələnir - AÇIQLAMA

11-02-2022, 11:40

Bakıda ailəli qadın ölümlə hədələnir - AÇIQLAMA
Bakı şəhərində qadın işgəncələrə məruz qaldığını bildirib.

Bu barədə R.Qafarova adlı qadın sosial şəbəkədə paylaşım edib.

O, əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını və hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən izahatı alındığını bildirib:

"Amma hələ də heç bir tədbir görülmür. Üç övladım var və birinin sağlamlıq imkanları məhduddur. İşə gedə bilmirəm, ölümlə təhdid olunuram. Mən ölmək istəmirəm".

Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakıda qadının əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırma aparılır:

"Nazirlik yayılan məlumatdan xəbərdardır və araşdırma aparılır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi