azia.az
azia.az

Keçmiş futbolçu həbs olundu

13-05-2022, 07:57

Keçmiş futbolçu həbs olundu

Keçmiş futbolçu həbs olundu
Adam öldürməkdə ittiham olunan türkiyəli keçmiş futbolçu Sezer Öztürkün cəzası açıqlanıb.

Xəbər verilir ki, məhkəmə "Fənərbağça" və "Beşiktaş" kimi İstanbul nəhənglərində oynamış futbolçunu 14 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 19-da baş verib. Sezer Öztürk Halil İbrahim Genç adlı şəxslə yol verməmə üstündə mübahisə edib. Daha sonra isə onu silahla qətlə yetirib.

Almaniya doğumlu Öztürk "Bayer" və "Nürnberq", Belçikanın "Beersxot", Türkiyənin "Manisaspor", "Eskişehirspor", "Fənərbağça", "Beşiktaş", "İstanbul BB" və "Eskişehirspor" komandalarında çıxış edib. O, həmçinin Türkiyənin U-17, U-19, U-21 və ikinci yığmasında forma geyinib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi