azia.az
azia.az

"Qarabağ"ın oyununa yersiz bilet... - FOTO

20-07-2022, 12:59

"Qarabağ"ın oyununa yersiz bilet... - FOTO

Azərbaycanın məşhur onlayn bilet satışı platformalarından biri olan "iTicket.az" haqda xoşagəlməz paylaşım edilib.

Xəbər verilir ki, fotonu gənc azərbaycanlı texnobloger Fərid Pərdəşünas şəxsi feysbuk hesabında paylaşıb. Belə ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan "Qarabağ" - "Sürix" matçına (3:2) satılan VİP bilet ünvansız olub.

Paylaşımı olduğu kimi təqdim edirik:

"iTicket-dən Qarabağın oyununa VIP bilet almışam - 2 nəfər yanbayan göstərən yeri. Və oyuna gəlirsən, boooom. Arada belə böyük dəmir löhvə peyda olur və məcbur qalıb bunun üzərində oturdum. Mənə satılan VIP biletdəki yer ümumiyyətlə yox idi. Düşürdü bu dəmirin üzərinə. Çox yaxşı ki, Qarabağ bizi sevindirdi. Amma stadionlarımızda hələ də belə yer problemi qalır. Məsul şəxslər isə deyir ki, "bir boş yer tap otur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi