azia.az
azia.az

"Qarabağ" - "Sürix" matçının biletləri satışa çıxarılır

14-07-2022, 16:37


"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.
"Qarabağ" - "Sürix" matçının biletləri satışa çıxarılır
Klubun Mətbuat Xidmətindən məlumata görə, azarkeşlər biletləri iyulun 15-də saat 11:00-dan sonra əldən edə biləcəklər.

Biletlərin qiyməti müvafiq olaraq 5 manat, 10 manat, 20 manat və 50 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də Letzigrund stadionunda olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi