azia.az
azia.az

Azərbaycan - Portuqaliya: Oyuna nə qədər bilet satılıb?

31-08-2021, 18:53

Azərbaycan - Portuqaliya: Oyuna nə qədər bilet satılıb?
DÇ-2022-nin seçmə məhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən etibarən satışa çıxarılıb.

Azia.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Bəs görəsən azarkeşlər tərəfindən oyuna maraq yüksəkdirmi?

Bunu aydınlaşdırmaq üçün AFFA ilə yaratdıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Fanat.Az-a bildirdi ki, görüşə bu günə kimi 15 min bilet satılıb.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.

Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi