"Qarabağ"ın oyununa az sayda bilet qaldı
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix”i ilə evdə keçirəcəyi oyuna maraq çoxdur. Xəbər verilir ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş üçün kassalarda cəmi 3 min 500 bilet qalıb.
Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.