azia.az
azia.az

Mini-futbol yığmamızın kapitanı: “Heç nə bitməyib, tarix yazılmağa davam edir” – MÜSAHİBƏ

11-06-2022, 08:13


“Çox çətin oyun idi. Belə olacağını bilirdik. Çünki Qazaxıstan millisi əsasən futzalçılardan ibarətdi, qapıçısız, sırf tufzal oynayırlar”.

Xəbər verilir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mini-futbol üzrə milli komandamızın kapitanı Ramin Həsənzadə deyib.

Mini-futbol yığmamızın kapitanı: “Heç nə bitməyib, tarix yazılmağa davam edir” – MÜSAHİBƏ
Kapitan bildirib ki, oyun gözlədikləri kimi çətin keçib:

“Məşqçilərlə də dəfələrlə danışımışdıq bunu. Üstəlik “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov və Gənclər və İdman naziri Fərid Qayıbov video formatda bizi təbrik etdi, uğurlar arzuladı. Bundan sonra komanda oyuna lap yaxşı kökləndi. Məqsədimiz qələbə qazanmaq idi”.

Ramin Həsənzadə qarşılaşmanın gedişatı haqqında danışarkən bildirib ki, komandamız qələbəni xüsusi əzmkarlıqla əldə edib:

“Oyun biraz pis başladı, qol buraxdıq, daha sonra bir qol vurub hesabı bərabərləşdirsək də, yenidən bir qol buraxdıq. İlk hissə belə bitdi. Amma ikinci hissə daha yaxşı keçdi. İki qol vurduq, sona qədər hesabı qoruya bildik”.

“Hər oyundan qabaq oyunçulara bir kapitan kimi motivasiya verirəm də. Hər matça çıxmamışdan qabaq “hər gün bizim günümüzdür, tarix yazılır, tarix bitməyib”, - deyirəm. Bu gün də həmin sözləri dedim. Motivasiya verdim. Şükür ki, qalib gəldik”, - deyə kapitan bildirib.

Həsənzadə hər qələbədən sonra komanda şəklində rəqs etdikləri mahnı haqqında da danışıb:

“Artıq adət halını alıb, hər oyundan sonra geyinib-soyunma otağına girib “Yaşa Azərbaycan” mahnısına rəqs edirik. Avtobusda gedərkən də həmin mahnıya qulaq asırıq. Bir növ bu mahnı ilə güclənirik, ruhlanırıq. Bu gün də bilirik ki, bütün Azərbaycanın gözü bizdədir. Belə nailiyyət heç vaxt olmayıb. Artıq finaldayıq”.

Kapitan son olaraq finaldakı rəqibimiz, daha əvvəl qrup mərhələsində üz-üzə gəldiyimiz və məğlub olduğumuz Rumıniya yığması haqqında da danışıb:

“Bu, artıq finaldır, başqa oyundur. Burda psixoloji cəhətdən kim güclü olacaqsa, o da qalib gələcək. Oyun elədir ki, finaldan heç bir komanda boş çıxa bilməz. Sadəcə gərək əsəblər və iradə dəmir kimi olsun. Düşünürəm ki, biz qalib gələcəyik. Bura qədər gəlmişiksə, bunu da bacararıq. Bizdən heç kim bunu gözləmirdi bəlkə də, amma artıq finaldayıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi