azia.az
azia.az

Norveç millisinin baş məşqçisi: "İkinci hissədə gücümüzü cəmləşdirdik və lazımi nəticəni əldə etdik"

13-09-2018, 08:07

"Çətin oyun keçdi. Azərbaycan millisi ilk yarıya çox yaxşı başladı. Rəqib həmkarım taktiki cəhətdən çox hazırlıqlıdır. Biz oyunumuzu ona görə uyğunlaşdırmalı idik. Yığmanız bizə xeyli çətinliklər yaradırdı".

"Report" xəbər verir ki, bunu Norveçin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Leyf Qunnar Smerud Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci hissədə daha yaxşı təsir bağışlamalarının səbəbini belə izah edib:

"Bu, bizim üçün çox vacib oyun idi. Buna görə də futbolçularım bir qədər həyəcanlı idilər. Lakin ikinci hissədə gücümüzü cəmləşdirdik və lazımi nəticəni əldə etdik. Fasilədən sonra futbolçularımız daha güclü idilər və daha yaxşı çıxış edirdilər".

Bu qələbə sayəsində Norveç yığması xallarını 14-ə çatdırıb və 5-ci qrupda 2-ci pilləyə yüksəlib. Azərbaycan isə 2 xalla sonuncudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi