Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, günü əsas qarşılaşması Nou Kampda "Barselona" ilə PSJ arasında olacaq. Tərəflər arasında ilk matç parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Günün digər oyunu Dortmundda olacaq. "Borussiya" "Benfika"nı qonağı edəcək. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlmişdi.
23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)
İlk oyun - 0:4
2-ci dəqiqədə Suarez fərqləndi. “Barselona” hesabı açdı.
40-cı dəqiqədə Kurzava öz qapısına qol vurur. “Barselona” hesabı 2-0 edir.
İlk hissə başa çatdı.
50-ci dəqiqdə Messi hesabı artırır.
61-ci dəqiqədə Kavani hesab arasındakı fərqi azaldır.
87-ci dəqiqədə Neymar fərqlənir.
89-cu dəqiqədə Neymar dubl edir.
90+5-ci dəqiqədə Serxio Roberto fərqlənir. "Barselona" 6-cı qolu vurur.
Matç bitdi. “Barselona” növbəti mərhələyə çıxır.
***
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun - 0:1
4-ci dəqiqədə Aubameyanq fərqləndi. “Borussiya” önə keçdi.
İlk hissə başa çatdı.
59-cu dəqiqədə Pulişiç fərqlənir.
61-ci dəqiqədə Aubameyanq dubl edir.
85-ci dəqiqədə Aubameyanq het-trik edir.
Matç bitdi. “Borussiya” növbəti mərhələyə çıxır.