azia.az
azia.az

“Əsas məqsədimiz rəqibdən qorxmadığımızı göstərmək idi” - Azərbaycan millisinin baş məşqçisi

25-03-2021, 12:53

“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq”.



Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyun barədə danışarkən deyib.



Turindəki “Yuventus” stadionunda baş tutan görüşdə yığmamız 0:1 hesabı ilə məğlub olub.



Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini belə davam etdirib: “Fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.



De Byazi seçmə mərhələdə qarşıya konkret hədəf qoymadıqlarını söyləyib: “Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan-oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəyimiz digər matçlarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi