Elnarə Abbasova: "Beynəlxalq yarışlarda da medallar əldə etmək istəyirəm"
"Milli komandaya cəlb olunma şansımı yüksək qiymətləndirirəm. Beynəlxalq yarışlarda da medallar əldə etmək istəyirəm".![]()
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında bürünc medal əldə edən Elnarə Abbasova deyib.
"Zirvə" klubunda çıxış edən idmançı uzun müddət pandemiya ilə əlaqədar yarışlardan uzaq qaldığını xatırladıb: "Üzərimizdə zəhməti, əziyyəti olan məşqçilərə təşəkkür edirəm. İdmana qayıtdığımız üçün sevinirəm. Pandemiya bəlası bizdən uzaqlaşdı".
Abbasova zədə səbəbindən bürünc medalla kifayətləndiyini sözlərinə əlavə edib: "Ağır zədədən qayıtmışam. 1.5 aydır məşqləri bərpa etmişəm. Zədədən sonra göstərdiyim bu nəticəyə sevinirəm".
Ağırlıqqaldıran bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında qızıl medalı hədəfləyini vurğulayıb: "Orada öz gücümü göstərməyə çalışacağam".