azia.az
azia.az

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub

31-03-2022, 08:20





Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub

Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 92 kq-da mübarizə aparan idmançı ispaniyalı Damian İqlesias Vilela ilə qarşılaşıb.

Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.

Beləliklə, sərbəst güləşçilər yarışı ümumilikdə 7 medalla başa vurublar. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar.
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 7 medalla başa vurub

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 86 kq-da çıxış edən Abubakr Abakarov finalda san marinolu Mayls Nazem Aminə 5:9 hesabı ilə uduzaraq, ikinci yeri tutub.


Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb. Bu, Azərbaycan yığmasının yarışdakı ilk bürünc medalı olub.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl və 92 kq-da Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Mayls Nazem Amin (San Marino), Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi