UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açıb
UEFA Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ”la oyunundan (3:1) sonra "Marsel”ə qarşı intizam işi açıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə ittiham edilir.
İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Azərbaycanda keçiriləcək.