Fransa hökümətindən qadağa: "Qarabağ"ın oyununu...
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu çərçivəsində Fransada keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" matçını məhdud sayda azarkeş izləyə bilər.
Azia.az xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.
Qərara əsasən, qapalı məkanlarda 2 000 nəfərdən, açıq havada isə 5 000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, "Olimpik Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Velodrom" stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.