Sampaolini "Qarabağ"la oyuna əvəzedicidən futbolçu çağırdı
Sampaolini "Qarabağ"la oyuna əvəzedicidən futbolçu çağırdı
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyununa çıxacaq "Olimpik Marsel" matç üçün iştirak ərizəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa təmsilçisi rəsmi saytında məlumat yayıb.
Baş məşqçi Xorxe Sampaolinin siyahısında 22 oyunçu yer alıb.
62 yaşlı mütəxəssis B siyahısından 17 yaşlı hücumçu Aylan Benyahya-Tani və 19 yaşlı yarımmüdafiəçi Uqo Bertellini görüşün iştirak ərizəsinə daxil edib. Əvəzində cəzalı durumda olan Valenten Ronjye heyətdən çıxarılıb.
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.