azia.az
azia.az

Musa Qurbanlı "Beşiktaş"a keçir? - "Qarabağ"dan açıqlama

17-01-2022, 12:17

Musa Qurbanlı "Beşiktaş"a keçir? - "Qarabağ"dan açıqlama
"Qarabağ" "Beşiktaş"ın Musa Qurbanlını istəməsi ilə bağlı Türkiyə mətbuatının yazdığı xəbərə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə Fanat.Az-a açıqlama verib:

"Bu, Türkiyə mediasının iddiasıdır. "Beşiktaş"ın Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı bizə istər yazılı, istərsə də şifahi formada hər hansı müraciəti olmayıb".

Qeyd edək ki, İstanbul təmsilçisi baş məşqçisi Önder Karavelinin 20 yaşlı hücumçunu istəməsi ilə bağlı xəbəri "Fotomac" yayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi