"Qarabağ" əl-Tamarini gətirir? - AÇIQLAMA

Belçikanın "Leven" klubunda çıxış edən Musa əl-Tamarinin adı "Qarabağ"la hallanır. 
Azia.az-ın məlumatına görə, yaxın keçmişdə APOEL-in futbolçusu kimi Ağdam klubuna qarşı oynayan iordaniyalı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi deyilir. 
Xəbəri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiqlədi. Saytımıza açıqlama verən Abbaszadə bunları bildirdi: "Bəli, əl-Tamarinin transferi müzakirə olunub. Onunla danışıq aparılıb. Futbolçu "Qarabağ"da çıxış etməyə müsbət yanaşır. Sadəcə, klubu ilə anlaşmaq mümkün olmayıb. Söhbət hansısa transfer məbləği ilə bağlı fikir ayrılığından getmir. "Leven" əl-Tamarini buraxmaqda maraqlı deyil".