azia.az
azia.az

Türkiyə Prezidenti “Beşiktaş”ı təbrik edib

6-01-2022, 09:33


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı ölkə Superkubokunun qalibi olması münasibətilə təbrik edib.
Türkiyə Prezidenti “Beşiktaş”ı təbrik edib
Xəbər verilir ki, dövlət başçısı bu barədə tviterdəki hesabında yazıb.

“TFF Turkcell Super Kubokunun 2021-in qalibi “Beşiktaş”ı və bütün “Beşiktaş” azarkeşlərini səmimi arzularımla təbrik edirəm”, - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.

Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da tviter hesabında qalibi təbrik edib.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub. Qətərdə keçirilən həlledici matç “Beşiktaş”ın “Antalyaspor” üzərində 4:2 hesablı qələbəsi ilə başa çatıb.“Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi