Daha bir futbolçu "Beşiktaş"dan getdi
Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Lent.az-ın qol.az-a istinadən verdiyi məlumatına görə, hücumçu Mustafa Pektemekin başa çatan müqaviləsi yenilənməyib.
Bu barədə yerli mətbuata klub prezidenti Fikrət Orman açıqlama verib.
Qeyd edək ki, 2011-ci ildən İstanbul klubunda çıxış edən 27 yaşlı futbolçu “qara qartallar”ın heyətində 89 oyuna çıxıb və 17 qol vurub.