"Qarabağ"a 2 qol vuran hücumçunu "Barselona" aparır - SON DURUM
"Bazel" hücumçusu Artur Kabralı gələn ay satmağa hazırdır.
Azia.az "Goal"a istinadən xəbər verir ki, Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan İsveçrə təmsilçisi braziliyalı forvarda görə 15 milyon avro tələb edir.
Mənbə futbolçu ilə bir neçə klubun, o cümlədən "Barselona"nın və Rusiya təmsilçisi "Zenit"in də yaxından maraqlandığını vurğulayıb.
23 yaşlı Kabral bu mövsüm "Bazel" formasıyla çıxdığı 29 matçda 27 qol və 8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. O, Ağdam təmsilçisinin qrupda keçirdiyi son görüşdə - İsveçrədəki qarşılaşmada təmsilçimizin qapısına vurulan 3 cavabsız qoldan ikisinin müəllifi olub.