"Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub- FOTO
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati Çempionlar Liqasının tarixinə ən gənc (17 yaş 40 gün) qol müəllifi kimi düşüb.![]()
“Report” xəbər verir ki, bu barədə “Opta Sports” statistik xidmətinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.
Fati İtaliyanın "İnter" komandası ilə qarşılaşmada fərqlənib. On yeddi yaşlı futbolçu matçın 86-cı dəqiqəsində komandasının növbəti qolunu vurub. Hücumçunun Samir Xandanoviçin qapısına zərbəsi görüşün taleyini həll edib.
Bununla "Barselona" 2:1 hesabı ilə qələbə qazanıb. "İnter" isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.
Çempionlar Liqası tarixində əvvəlki rekord Piter Ofori-Kuayeyə məxsusdur. O, bundan əvvəl ÇL tarixinə ən gənc (17 yaş 195 gün) qol müəllifi kimi düşmüşdü.