azia.az
azia.az

“Qarabağ” seriyanı və liderliyi davam etdirə biləcəkmi?

21-10-2021, 08:25

Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda "Qarabağ" bu gün növbəti oyununu keçirəcək.
“Qarabağ” seriyanı və liderliyi davam etdirə biləcəkmi?
Azia.az apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxacaq.

İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan "Kayrat"ı qəbul edəcək. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən "Qarabağ" Qazaxıstan klubu önündə həm bu seriyanı, həm də liderliyini davam etdirmək niyyətindədir.

Qrupun ilk turunda "Bazel"i (0:0) Bakı Olimpiya Stadionunda qəbul edən təmsilçimiz "Kayrat"la Tofiq Bəhramov adına Respublika Stadionunda münasibətlərinə aydınlıq gətirəcək.

Qrupun digər oyununda "Omoniya" "Bazel"in qonağı olacaq.

Qeyd edək ki, "Qarabağ" IV tur çərçivəsində "Kayrat"la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Konfrans Liqası
H qrupu, III tur
21 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

2

1

1

0

4-1

4

2

Bazel

2

1

1

0

Tel: 050 202 88 87
Keçid
Optimalda Sərfəlidir
4-2

4

3

Kayrat

2

0

1

1

2-4

1

4

Omoniya

2

0

1

1

1-4

1

Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi