azia.az
azia.az

"Qırmızı vərəqə çıxışımıza təsir etdi"

12-11-2021, 09:15

"Qırmızı vərəqə çıxışımıza təsir etdi"
"Qırmızı vərəqə çıxışımıza təsir etdi" - Azər Salahlı
"Mərhələnin son oyunu idi. Qələbə qazanıb xalqımızı sevindirmək istəyirdik. Amma alınmadı. Yaxşı oyun sərgilədik. Epizodların yalnız birindən istifadə etdik".

Azia.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Azər Salahlı Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Yığmamızın yeganə qolunun müəllifi olan 27 yaşlı müdafiəçi milliyə dəstək verdikləri üçün azarkeşlərə təşəkkür edib.

Onun sözlərinə görə, Tellur Mütəllimovun qırmızı vərəqə alması komandaya təsir edib: "Əsas məqsədimiz qələbə qazanmaq idi. Hücumameyilli oynamaq niyyətində idik. Sadəcə, erkən qırmızı vərəqə çıxışımıza təsir etdi".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi