Qalib gələn Azərbaycan boksçusu Kuba bayrağını öpdü
Boksçumuz Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordova ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Dominqesin görüşündən sonra isə maraqlı anlar yaşanıb. Belə ki, o, həmyerlisini məğlub etdikdən sonra Kordova yaxınlaşaraq sinəsindəki Kuba bayrağını öpüb. Dominges daha sonra rəqibinin məşqçiləriylə görüşərək Kuba bayrağına sevgisini bir daha nümayiş etdirib.