Boksçumuz DÇ-də mübarizəni dayandırdı
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.
Azia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb.
Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.