Boksçumuz erməniyə rəqib oldu
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.
“Azia.az” xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb.
Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq çəkidə olan idmançımız) ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.