Medallarımızın sayı 57-yə çatdı
Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla tamamlayıb.
Azia.az xəbər verir ki, bununla ölkəmizin Yay Paralimpiadalarında əldə etdiyi medalların sayı 57-yə çatıb.
Mükafatlardan 23-ü qızıl, 12-si gümüş, 22-si bürünc əyarlıdır.
Qeyd edək ki, Azərbaycan idmançıları Yay Paralimpiya Oyunlarına 1996-cı ildən qatılır. İlk cəhdini medalsız başa vuran millimiz Sidney 2000-də 1 gümüş, Afina 2004-də 2 qızıl, 1 gümüş, 1 bürünc, Pekin 2008-də 2 qızıl, 3 gümüş, 5 bürünc, London 2012-də 4 qızıl, 5 gümüş, 3 bürünc, Rio 2016-da 1 qızıl, 8 gümüş, 2 bürünc mükafat qazanıb.