azia.az
azia.az

Rio-2016 başa çatdı - Azərbaycan 11 medal qazanıb

19-09-2016, 08:21

Rio-2016 başa çatdı - Azərbaycan 11 medal qazanıb
"Rio-2016” XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb. Azərbaycan Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib.
Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Milli komandamız “Rio-2016”da Pekin oyunlarına nisbətən 1 medal çox, London oyunlarına nisbətən isə 1 medal az qazanıb. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdüsə, “Rio-2016”da 8 atletimiz bayrağımızı qaldırıb. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak edib və ümumilikdə 4 medal qazanıb. Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50 faiz təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb.

İki idmançımız “Rio-2016”da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib. 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi