Dünya çempionatı: Güləşçilərimiz gümüş və bürünc qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.
Azia.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.
55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub.