azia.az
azia.az

Tokio-2020: Azərbaycan 67-ci, ABŞ 1-ci olub

8-08-2021, 17:21

Tokio-2020: Azərbaycan 67-ci, ABŞ 1-ci olub
Tokio-2020 Yay Olimpiya Oyunlarında yarış proqramına yekun vurulub.

Azia.az "Report"a istinadən xəbər verir ki, sonuncu gündə 8 növ üzrə mübarizə gedib.

Daha 13 dəst medal atletika, basketbol, boks, velosiped idmanı, həndbol, bədii gimnastika voleybol və su polosunda sahiblərini tapıb. Beləliklə, 339 dəst medala 93 ölkənin idmançıları yiyələnib.

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.

Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. Medal əyarında 3-cü yeri 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya, medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi