azia.az
azia.az

"Baş məşqçi komandasına inanmırsa, biz necə inanaq? - SORĞU

1-09-2021, 11:36

"Baş məşqçi komandasına inanmırsa, biz necə inanaq? - SORĞU
DÇ-2022-nin seçmə oyunları çərçivəsində millimiz arada bir neçə günlük fasilələrlə ardıcıl 3 rəsmi oyun keçirəcək.

Azia.az xəbər verir ki, yığmamız sentyabrın 1-i Lüksemburq, 4-ü İrlandiya səfərinin ardından, 7-si öz meydanında Portuqaliyanı qəbul edəcək.

Bu oyunlarda milli komandamızdan hansı nəticəni gözləməliyik?

Sualımızı idman mətbuatının tanınmış simaları cavablandırdı.

Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): "Bu 3 matçda millidən heç olmasa, bizi biabır etməməsini gözləyir, buna ümid edirəm. Portuqaliya güclüdür, bunu qəbul edirik. Ancaq təslim olmaq da lazım deyil, mübarizə aparmalı, azı bir xal almağa cəhd etməliyik. O biri iki rəqib isə tam dişimizə görədir. Lüksemburq və İrlandiya ilə səfər matçlarından xal və xallarla dönmək lazımdır. Zaman dəyişib, səfər məfhumu əvvəlki statusa malik deyil. Üstəlik, hazırda millidə olan futbolçular klub səviyyəsində bundan da ağır səfərlərdən qələbə ilə dönüblər, elə bir sindromları da yoxdur.

Bir sözlə, ev-səfər söhbəti olmamalıdır, çıxıb oynamaq lazımdır. Futbolçuların belə problemi yoxdur, əslində. Görünən odur ki, problem baş məşqçidədir. İtaliya mətbuatına verdiyi son açıqlama tam təslimçilik, gücsüzlük, həm də böyük qeyri-peşəkarlıq nümunəsi idi. Baş məşqçi komandasına inanmırsa, komandanın ayrı-ayrı üzvlərinin üzərinə getmək düz deyil. Bundan sonra qeydə alınacaq mənfi nəticələrin günahkarı De Byazi və onu bura gətirən, dəstək olanlar olacaq".

Anar Şabanoğlu (AİJA-nın vitse prezidenti): "Qarabağ"ın sayəsində futbolçularımızın əksəriyyəti, istər fiziki, istərsə də psixoliji cəhətdən əla formadadır. Bununla yanaşı Mahir Emreli karyerasının bu günə qədər olan hissəsinin zirvəsindədir. Digər legionerlərimiz də bizi sevindirir. O cümlədən Rüfət son oyunda "Şaxtyor" kimi klubun qapısına qol vurdu.

De Byazi haqda son müsahibəsindəki sərsəm fikirlərəcən yüksək fikirdə idim. Amma italiyalı məşqçi əvvəlcədən ağ bayrağı qaldırıb. Sən Lüksemburqu da hər iki oyunda udmayacaqsansa o qədər pul verib hay-küylə nəyə gətirirdilər?! Bütün rəqiblərə məğlub olmağı istənilən işsiz məşqçimiz bacarar. Özü də millidə çalışmaq hər bir azərbaycanlı üçün şərəfdir, bu işi bir qəpiksiz də görərlər.

Nə bilim, öncədən bədbin notlara yüklənmək istəmirəm. Amma De Byazinin açıqlamasından sonra bu 3 oyunun 3-də az qala mübarizəsiz uduzacağımız anlaşılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi