Azərbaycan millisi Lüksemburq səfərində - YENİLƏNİR
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.
Azia.az xəbər verir ki, ilk iki turda xal qazana bilməyən seçməmiz səfərdə Lüksemburq yığması ilə qarşılaşacaq.
Canni De Byazinin komandası İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda uğurlu oyun sərgiləyərək azarkeşlərini sevindirməyə çalışacaq.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr
22:45. Lüksemburq – Azərbaycan
Baş hakim: İrfan Pelito (Bosniya və Hersoqovina).
Lüksemburq. “Stad Lüksemburq”.