"Bir zərbə ilə batırarıq"
Şimali Koreya ilə ABŞ arasında soyuq müharibə davam edir. İstiPress-in məlumatına görə, heç kimə məhəl qoymadan bir-birinin ardınca ballistik raketlərini sınaqdan keçirən Kim Cen In yenidən ABŞ-ı hədələyib.
Şimali Koreya Amerikanı Koreya yarmadasının ətrafına gətirdiyi təyyarə gəmisini batırmaqla təhdid edib. Kimin rəsmiləri hərb donanması ilə bölgəyə gələn "USS Carl Vinson" təyyarə gəmisini bir zərbə ilə batırmaq iqtidarında olduğunu açıqlayıb. "Bu Koreyanın hərbi gücünü isbat etmək üçün yaxşı bir əmsal olacaq".
"USS Carl Vinson" gəmisi ABŞ prezidenti Donald Trampın əmri ilə Şimali Koreyanın nüvə sınaqları cəhdinə son verməsini üçün xəbərdarlıq məqsədi ilə bölgəyə gətirilir. Gəminin və heyətin həftə ərzində Koreya Yarımadasına çatacağı gözlənilir.
Şimali Koreyada raket sınağı