azia.az
azia.az

Hacı Əliyevin final görüşü saat neçədə olacaq?

7-08-2021, 17:09

Hacı Əliyevin final görüşü saat neçədə olacaq?
Tokio 2020 Yay Olimpiya Oyunlarında güləş yarışlarının sonuncu günündə üç təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.
Azia.az xəbər verir ki, təsəlliverici görüşlər Bakı vaxtı ilə 13:45-də, medallar uğrunda qarşılaşmalar isə 14:30-da start götürəcək.

Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov (97 kq) Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə münasibətlərinə aydınlıq gətirəcək. Cütün güclüsü həlledici görüşdə kubalı Reyneris Salasla güləşəcək.

Üçqat dünya, üçqat Avropa çempionumuz Hacı Əliyevi (65 kq) ev sahibi Takuto Otoquro ilə gərgin mübarizə gözləyir.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) saat 13:45-də Tsoqt Oçir Namuntsetseeq (Monqolustan) - Lusiya Yepes (Ekvador) cütünün qalibi ilə "bürünc" uğrunda mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi