Azərbaycan bu gün Tokio Olimpiadasında ilk “qızıl”ını qazana bilər - AFİŞA
Tokio-2020 Yay Olimpiadası davam edir.
Azia.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın 9 idmançısı gücünü sınayacaq ki, onlardan dördü günü mükafatla bitirə bilər.
Belə ki, bir gün öncə mübarizəyə qoşulan üç güləşçimizdən Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc uğrunda, Şərif Şərifov isə təsəlliverici görüşlərdən sonra bürünc uğrunda mübarizə aparacaq.
Bu gün yarışa start verəcək İrina Zaretska da medal mübarizəsi aparacaq. Karateçimiz mübarizəyə qrup mərhələsindən başlayacaq və günü mükafatla bitirməyə çalışacaq.
Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın 5 üzvü isə final mərhələsinə vəsiqə üçün yarışacaq. Təmsilçilərimiz sabah da xalça üzərinə çıxmaq üçün bu gün uğur qazanmalıdır.
05:00. Bədii gimnastika, qrup hərəkətləri. 1-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)
06:30. Bədii gimnastika, qrup hərəkətləri, 2-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)
09:28. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Ayumi Uekusa (Yaponiya)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Silvia Semeraro (İtaliya)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Sofiya Berultseva (Qazaxıstan)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska - Meltem Hocaoğlu (Türkiyə)
13:45. Sərbəst güləş, kişilər. 65 kq, final. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)
13:45. Sərbəst güləş, kişilər. 97 kq, təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)
13:45. Sərbəst güləş, qadınlar. 50 kq, bürünc medal uğrunda görüş. Mariya Stadnik – Namuuntsetseq Oçir (Monqolustan) / Lusiya Yepes (Ekvador) cütünün qalibi