“San Siro”nun işçiləri “Borussiya” klubunun futbolçusunu stadiona buraxmaqdan imtina edib - FOTO
Milan şəhərinin “San Siro” stadionunun mühafizəçiləri “Borussiya” klubunun futbolçusu Markus Türamı Çempionlar Liqasının qrup mərhələsində “İnter”ə qarşı oynamasına mane olublar.
Azia.Az xəbər verir ki, Bu barədə “Borussiya” klubunun rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Stadionun girişində arenanın təhlükəsizlik xidmətinin əməkdaşları oyunçunu saxlayaraq, ondan şəxsiyyətini təsdiq edən sənədini tələb ediblər.
Sənədlərinin üstündə olmadığını bildirən M.Türam “Borrusiya”nın futbolçusu olduğunu sübut etmək üçün internetdən istifadə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, “İnter” - “Borussiya” oyunu qollu heç-heçə ilə (2:2) bitib.