“Milan” və “İnter” stadionu yenidən quracaqlar
İtaliyanın "Milan" və "İnter" klubları özlərinə yeni stadion tikməməyə qərar veriblər.
Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, klublar ev oyunlarını keçirdiyi "San-Siro"/“Cüzeppe Maetsa” stadionunda yenidənqurma işləri görmək barədə razılığa gəliblər. Razılığa əsasən, stadionun tikinti işlərinin xərcləri iki klub arasıda yarı bölünəcək.
Qeyd edək ki, "İnter" və "Milan" 1955-ci ildən ev oyunlarını bu stadionda keçirirlər.