Fermada bibisini odun parçası ilə döyüb öldürdü
Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.
İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
Tovuz rayonunda silahlı insident baş verib.
Azia.az teleqraf-a istinadla verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevanı qətlə yetirib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.