Polis XİDMƏTİ avtomobildə ÖLDÜRÜLDÜ - ŞOK OLAY
ABŞ-ın Kaliforniya ştatında Los-Anceles dairəsi şerifinin müavini şəxsi patrul avtomobilində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.
Azia.az report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, 30 yaşlı Rayan Klinkanbrumer Los-Ancelesdən 95 km şimalda yerləşən Palmdaeyldəki şerif dairəsinin yaxınlığında huşsuz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə gələn təcili yardım briqadası onun öldüyünü bildirib. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.
Los-Anceles dairəsinin şerifi Robert Lunanın CNN-ə verdiyi məlumata görə, atəş çox güman ki, qəsdən olub.