azia.az
azia.az

Azərbaycanda 70 yaşlı kişi tennis oynayarkən öldü

2-03-2017, 09:57

Azərbaycanda 70 yaşlı kişi tennis oynayarkən öldü


Tovuz rayonunda 70 yaşlı kişi stolüstü tennis oynayan zaman dünyasını dəyişib.

"Report" bildirir ki, yerli sakin Müzəffər Abdullayev oyun zamanı özünü pis hiss etdiyini bildirib və o, dərhal xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq həvəskar tennisçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə ürək tutması səbəb olub.

M.Abdullayevin həftənin 4 günü adıçəkilən idman növü ilə məşğul olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi