azia.az
azia.az

Azərbaycanda 67 yaşlı kişi 17 il 6 ay müddədinə həbs edildi

3-05-2016, 20:39

Azərbaycanda 67 yaşlı kişi 17 il 6 ay müddədinə həbs edildi Gəncə Ağır Cinayətlər Məhkəməsində öz bacısı qızını qətlə yetirməkdə təqsirləndirilən 1949-cu il təvəllüdlü Qəzənfər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Qəzənfər İsgəndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Dəmiryol QSC-nin 4 saylı enerji təchizat stansiyasında işləyən 47 yaşlı Kifayət Əhmədova iş yerində dayısı, 67 yaşlı Qəzənfər İsgəndərov tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, vəfat edib. Hadisəni törədən Qəzənfər İsgəndərov həbs edilib. Hadisə qisqanclıq zəminində baş verib. Qəzənfər İsgəndərov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi