azia.az
azia.az

Bakıda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

14-04-2016, 09:58

Bakıda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Metronun “Azadlıq” stansiyasının qarşısında 30 yaşlı Rəcəb Ağamalı oğlu Ağamaliyev bıçaqlanıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Rəcəb Ağamalıyevin bədənində 3 bıçaq xəsarətinin olduğu müəyyən edilib.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Hadisə yerində polis əməkdaşları olublar, müayinələr aparılıb.
Rəcəb Ağamalıyev ifadəsində onu bıçaqlayan şəxsi tanımadığını bildirib. Lakin ilkin araşdırma zamanı məlum olub ki, onu bıçaqlayan öz tanışı olub. Rəcəb Ağamalıyev hadisədən əvvəl həmin şəxslə Novxanı qəsəbəsində yeyib-içib. Onlar daha sonra “Azadlıq” metro stansiyasının yaxınlığına gəliblər. Orada Rəcəblə tanışı arasında mübahisə baş verib. Mübahisə zamanı Rəcəb Ağamalıyev bıçaqlanıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi