azia.az
azia.az

Sevgilisi tərəfindən öldürülən qadın görün kimdir-DƏHŞƏT

6-07-2022, 09:07

Sevgilisi tərəfindən öldürülən qadın görün kimdir-DƏHŞƏT
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.
1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi