37 yaşlı kişi qayınatasının evində döyülərək bıçaqlanı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Azia.az”ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1984-cü il təvəllüdlü Ramin Məmmədov qayınatasının evində döyülüb, daha sonra bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun üz və sol qol nahiyələrində kəsilmiş bıçaq xəsarətləri aşkarlanıb. Yaralı ilkin ifadəsində bildirib ki, ona xəsarət yetirənlər qaynı və qaynının dayısı olub.
Hadisənin təfərrüatı araşdırılır.