azia.az
azia.az

Qardaş qardaşı ürəyindən güllələdi

19-04-2016, 14:00

 Qardaş qardaşı ürəyindən güllələdi Neftçalada qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mirqurbanlı kəndində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Dadaş Cəfər oğlu Əliyev aralarında yaranan mübahisə zəminində qardaşı 1994-cü il təvəllüdlü Fərid Cəfər oğlu Əliyevi ov tüfəngi ilə ürək nahiyəsindən vurub. 22 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qardaşlar arasında bundan əvvəl də tez-tez mübahisə yarandığı bildirilir. Ancaq qətlin dəqiq səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qətli törədən 26 yaşlı Dadaş Əliyev tutularaq istintaqa cəlb edilib.
Bu qardaşın öz doğma qardaşını öldürdüyü ilk fakt deyil. Bundan əvvəl oxşar hadisə Masallıda qeydə alınıb. Rayonun Köhnə Alvadı sakini, 1980-ci il təvəllüdlü Rafael Güloğlan oğlu Qasımov aralarında yaranan şəxsi münasibətlər zəminində kiçik qardaşı, 1984-cü il təvəllüdlü Ramil Güloğlan oğlu Qasımovu bıçaqlayıb. Yaralı Ramil Qasımov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəyə səbəb kimi öldürülən şəxsin Rafael Qasımova söyüş söyməsi göstərilir. Qətl baş verən vaxt qardaşlar sərxoş olub.
Daha bir oxşar hadisə isə ötən ilin noyabr ayında Bakıda verib. Əslən Tatarıstan respublikasından olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən Ramil Muşarapov hadisədən sonra polis idarəsinə gedərək könüllü təslim olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi