azia.az
azia.az

Bakıda qadın müğənnini öldürmək istəyən şəxslə bağlı qərar çıxarıldı

3-06-2022, 12:55


Ali Məhkəmədə hoteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakıda qadın müğənnini öldürmək istəyən şəxslə bağlı qərar çıxarıldı

Məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.



Qeyd: Hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ə.Məmmədov hökmdən narazı qalaıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.



Xatırlatma: A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib. Hadisədən əvvəl Ə.Məmmədov qadınla pul müqabilində cinsi əlaqədə olub.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi