azia.az
azia.az

Bakıda kütləvi dava oldu — Bıçaqlananlar var

20-05-2022, 09:27

Bakıda kütləvi dava oldu — Bıçaqlananlar var
Bakıda kütləvi dava olub.

Azia.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu qəsəbəsində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Ədilov Nicat Qalib oğlu və Süleymanov Elçin Hidayət oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi