azia.az
azia.az

Abşeronda kütləvi dava: Xəsarət alan var

10-02-2022, 11:31

Abşeronda kütləvi dava: Xəsarət alan var
Abşeronda kütləvi dava olub.

Azia.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Masazır qəsəbəsində, “Qurtuluş 93” yaşayış kompleksində qeydə alınıb. Dava zamanı 2001-ci il təvəllüdlü Əliyev Ramal Rəşad oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi, sol əng sümüyünün və burun sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi