azia.az
azia.az

Paytaxtda kütləvi dava olub, xəsarət alan var

13-03-2022, 08:12


Bakıda kütləvi dava olub.
Paytaxtda kütləvi dava olub, xəsarət alan var
Məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə zamanı 2004-cü il təvəllüdlü Şeləmənov Zaur Rauf oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi