Bakıda dəhşətli hadisə:Oğlan nişanlısını bu hala saldı
Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.
Məlumata görə, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. “Report”